“Neftçi” daha bir futbolçusunu “Simurq”a verdi
03.08.2010 - 12:46
“Neftçi” daha bir futbolçusunu “Simurq”a icarəyə verib. Apasport.az saytının məlumatına görə, hücumçu Elvin Musazadə də Rəşad Hüseynov və Elvin Yunusov kimi yeni mövsümdə Zaqatala təmsilçisinin şərəfini qoruyacaq.
Hər üç futbolçu yeni komandada bir il müddətinə icarə əsasında oynayacaq. Rəşad əsas komandaya cəlb olunduğu halda, Elvinlər “Neftçi”nin əvəzedici heyətinin üzvüdür. Gənc futbolçulara oyun praktikası qazanmaq üçün başqa kluba icarəyə verilməsi məqsədəuyğun sayılıb.
Qeyd edək ki, Elvin “Neftçi”nin sabiq vitse-prezidenti, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin oğludur.

0
0