Milli komandamızın heyəti açıqlandı
03.08.2010 - 12:51
Milli komandamızın heyəti açıqlandı
Çimərlik futbolu üzrə Azərbaycan yığması avqustun 10-dan 19-dək Şağan Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçirəcək. Apasport.az saytının məlumatına görə, baş məşqçi Emil Cabbarov hazırlıq prosesinə 12 futbolçu dəvət edib. Bunlar İlham Əzizzadə, Emin Kürdov, İlqar Abdullayev, Renat Sultanov, Müslüm Hüseynov, Elşad Quliyev, Seymur Məmmədov, Asif Zeynalov, Namiq İsgəndərov, Vaqif Şirinbəyov, Elnur Əhmədov və Əbdül Əliyevdir.

Mənbə: affa.az