Ceyhun Sultanov: “Xəzər Lənkəran”a qayıtmağın yeri yoxdur
03.08.2010 - 13:17
“Simurq”a keçidim baş tutmayandan sonra bu komandanın düşərgəsini tərk etmişəm. Hazırda Bakıda fərdi məşq edirəm. İndi əsas məsələ müqavilə ilə məxsus olduğum “Xəzər Lənkəran”ın razılığıdır”. Bu fikirləri apasport.az saytına açıqlamasında mövsüm bitəndən sonra “Xəzər Lənkəran”ın transferə çıxardığı futbolçusu Ceyhun Sultanov deyib.
Bir müddət “Simurq”un hazırlığına qatılan yarımmüdafiəçinin keçidi kompensasiya ucbatından baş tutmadı. Zaqatala klubunun rəhbərliyi maddi gücü çatmadığına görə Ceyhunu ala bilmədi. Sultanov müqavilə ilə “Xəzər Lənkəran”a məxsus olduğu üçün sərbəst halda başqa kluba keçə bilmir: “Xəzər Lənkəran” rəhbərliyi ilə söhbətim olub. Transferimə görə kompensasiyanın ödənilməsinin vacibliyini diqqətə çatdırıblar. Bu isə klublar üçün maddi çətinlik yaradır. Hələ ki gözləyirəm. Heç özüm də bilmirəm ki, necə olacaq. “Muğan” variantı hələ də gündəmdədir. Bu klubdan cavab gözləyirəm. “Gəncə”dən də mənə zəng vurub, maraqlanıblar. Məni almaq istəyən klubun rəhbərliyi keçidimi “Xəzər Lənkəran”la razılaşdırmalıdır”.
Ceyhunun “transfer pəncərəsi” bağlanana kimi keçidi baş tutmasa, müqavilə ilə məxsus olduğu kluba qayıtmağa məcburdur. Ancaq futbolçu bunu yaxına buraxmır: “Xəzər Lənkəran” məni transferə çıxarıbsa, deməli, lazım deyiləm. Lazım olsaydım, indiyə kimi qaytarardılar da. Geri dönməyin yeri yoxdur. Nə olsun ki, komandada dəyişiklik olub, yeni baş məşqçi gəlib? Bunun fərqi yoxdur. Əgər “transfer pəncərəsi”nin sonuna kimi keçidim alınmazsa, gərək “Xəzər Lənkəran”la razılığa gələk”.
Mehman SÜLEYMANOV

0
0