“Gəncə” gürcü futbolçu ilə müqavilə imzaladı
03.08.2010 - 13:35
“Gəncə” gürcü futbolçu ilə müqavilə imzaladı
Dörd illik fasilədən sonra Azərbaycan milli çempionatında iştirak edəcək “Gəncə” klubu daha bir transfer reallaşdırıb. Apasport.az saytının məlumatına görə, ötən mövsüm I divizionun qalibi olan komanda gürcü yarımmüdafiəçi Zurab Dzavidaşvili ilə müqavilə bağlayıb. Rəsmi anlaşma imzalanan digər yeni legionerlər - “Muğan”ın bosniyalı sabiq qapıçısı Edis Kurtanoviçlə ukraynalı Vladimir Kozlenko da “Gəncə”nin formasını geyəcək. Yerli futbolçulardan isə Kənan Kərimov, Ramal Hüseynov, Xəyal Mustafayev, Orxan Məmmədov, İzzətəli Süleymanov və Sabir Allahquliyev yeni transferlərdir.