Mahir Şükürov “Dinamo”da oynayacaq!
03.08.2010 - 13:47
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun çıxış etdiyi Rusiyanın “Anji” klubu xoş xəbər alıb. Apasport.az saytının məlumatına görə, Rusiya Futbol İttifaqı (RFİ) Mahaçqala təmsilçisinə ev oyunlarını öz stadionunda keçirməyə icazə verib.
RFİ iyulun 5-də çıxardığı qərarla “Dinamo” arenasında meydançanın ot örtüyünün yararsız olduğu üçün oyun keçirməyə qadağa qoymuşdu. “Anji” də problemin həllinə kimi məcburiyyətdən təqvimdəki dəyişikliklə rəqibləri ilə görüşlərinin yerini dəyişirdi. RFİ-nin stadionların sertifikatlaşma komissiyasının keçirdiyi növbədən kənar iclasda “Dinamo”da oyunların bərpası ilə bağlı qərar çıxarılıb.

0
0