“Xəzər Lənkəran” üçün uğurlu tur
03.08.2010 - 14:00
“Xəzər Lənkəran” klubuna mövsümdə açılış oyununu evdə keçirməsi düşərli olur. Apasport.az saytının məlumatına görə, tarixində 7-ci dəfə milli çempionatımızda iştirak edəcək cənub təmsilçisi indiyədək yalnız 2 dəfə açılış oyununu Lənkəranda keçirib. Maraqlıdır ki, bu, hər iki halda II tura təsadüf edib.
İlk turu müxtəlif səbəblərdən buraxan “Xəzər Lənkəran” startda rəqiblərini məğlub yola salıb. Belə gedişlə doğma divarlar arasındakı qələbəli start ənənəsinin davamı isə avqustun 7-də “Qəbələ” ilə görüşdə gəlməlidir.
“Xəzər Lənkəran” üçün bu tarix heç də yenilik deyil. Yəni lənkəranlılar əvvəllər də avqustun 7-də meydana çıxıblar. 2004-cü ilin yayında yaradılan klub avqustun 7-də cəmi bir rəsmi görüş keçirsə də, bu, tarixində xüsusi yer tutur. Çünki 2004-cü ildəki həmin oyun “Xəzər Lənkəran”ın yarandığı ilk rəsmi görüşü idi. “Turan”la Qazaxda keçirilən görüşdə Nazim Süleymanovun baş məşqçisi olduğu komanda 1:1 hesablı heç-heçə edib.
Yeri gəlmişkən, “Xəzər Lənkəran”ın ilk qolunun müəllifi albaniyalı hücumçu Çöri İlir olub. Lənkəran klubu “Qəbələ” ilə görüşdə həm ilk rəsmi oyununun 6-cı ildönümü, həm də yeni mövsümün açılışı üst-üstə düşür.
“Xəzər Lənkəran”ın milli çempionatlardakı ilk oyunları
2004/05 mövsümü
07.08.2004. “Turan” – “Xəzər Lənkəran” - 1:1
2005/06 mövsümü
12.08.2005. “Olimpik” - “Xəzər Lənkəran” - 0:2
2006/07 mövsümü
11.08.2006. “Xəzər Lənkəran” – “Neftçi” - 2:1
2007/08 mövsümü
12.08.2007. “Karvan” - “Xəzər Lənkəran” - 0:1
2008/09 mövsümü
10.08.2008. “Karvan” - “Xəzər Lənkəran” - 1:0
2009/10 mövsümü
21.08.2009. “Xəzər Lənkəran” – “İnter” - 1:0
2010/11 mövsümü
07.08.2010. “Xəzər Lənkəran” – “Qəbələ” - ???

0
0