“Visla” daha bir futbolçusunu itirdi - FOTO
03.08.2010 - 14:27
“Visla” Avroliqada “Qarabağ”la cavab oyunu öncəsi daha bir itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Polşa təmsilçisinin heyətində braziliyalı müdafiəçi Kleberin ardınca yarımmüdafiəçi Lukaş Qarqula da Bakıda meydana çıxa bilməyəcək.
Məşqdə omba nahiyəsindən zədələnən Qarqula müayinədən keçib. Məlum olub ki, zədəsi daha ciddi olan futbolçu səfərə çıxan heyətdən kənarda qalacaq. Lukaş yaxın gələcəkdə adi rejimdə məşq edə bilməyəcək.
Qeyd edək ki, “Visla” avqustun 5-də Tofiq Bəhramov adına Respublika stadionundakı oyunda ilk görüşdə qırmızı vərəqə alaraq cəzalı olan müdafiəçi Qordan Bunozanın da xidmətindən istifadə edə bilməyəcək.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0