Azərbaycan yığması Özbəkistanla yoldaşlıq görüşləri keçirəcək
03.08.2010 - 14:44
Azərbaycan yığması Özbəkistanla yoldaşlıq görüşləri keçirəcək
Özbəkistanda rəsmi səfərdə olan AFFA-nın baş katibi Elxan Məmmədov bu gün həmkarı Sərdar Rəhmətlullayevlə görüşüb. Apasport.az saytının məlumatına görə, görüşdə AFFA ilə Özbəkistan Futbol Federasiyası (ÖFF) arasında əməkdaşlığın gücləndirilməsi, futbolun inkişafı ilə bağlı təcrübə mübadiləsinin aparılması müzakirə olunub. 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin bu ay 1 həftə ərzində Daşkənddə təlim-məşq toplanışı, hazırlıq prosesi çərçivəsində Özbəkistan U-17-si ilə 2 yoldaşlıq oyununun keçirilməsi barədə ÖFF-nin baş katibi ilə razılıq əldə edilib. Daha sonra Məmmədov ÖFF-nin muzeyi və “Paxtakor” stadionu ilə tanış olub.

Mənbə: affa.az