Avstriya yığmasının heyəti açıqlandı
03.08.2010 - 15:35
Avstriya yığmasının heyəti açıqlandı
AVRO-2012-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan Avstriya yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Ditmar Konstantini komandaya aşağıdakı futbolçuları dəvət edib:

Qapıçılar: Kristian Qratçey, Mixael Qspurninq, Jurqen Maxo.

Müdafiəçilər: Ekrem Dağ, Aleksandar Draqoviç, Kristian Fuxs, Florian Klein, Manuel Ortlexner, Emanuel Poqatetz, Sebastian Prödl.

Yarımüdafiəçilər: Yulian Baumqartlinqer, Daniel Beixler, Andreas Hölzl, Yakob Yantşer, Zlatko Yunuzoviç, Ümit Korkmaz, Frants Şiemer, Patrik Volf

Hücümçular: Martin Harnik, Ervin Hoffer, Mark Yanko, Roland Linz, Roman Vallner

Qeyd edək ki, Avstriya millisi avqustun 11-də İsveçrə ilə yoldaşlıq matçında qüvvəsini sınayacaq.