“Visla” heyətdəki problemlərini yoluna qoyur
03.08.2010 - 15:57
“Visla”nın baş məşqçisi Henrik Kasperçak Avroliqada “Qarabağ”la cavab görüşündə heyətdəki itkiləri sığortalamağın yollarını axtarır. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı avqustun 5-də Bakıdakı oyunda cəzalı Qordan Bunozanı əvəzləyəcək futbolçunun adını açıqlayıb.
Mateuş Kovalski ilə birgə müdafiənin mərkəzində Junior Dias oynayacaq. O, ilk oyunda ehtiyatda qalmışdı. Kasperçak həmin görüşdə fasilədən dərhal sonra meydana çıxan Patrik Maletskiyə də güvənir: “O, Bakıdakı görüşdə də iştirak edəcək. Fikrimcə, bu dəfə ilk dəqiqələrdən meydana çıxacaq”.
Kasperçak Cezari Uilkin də xidmətindən istifadə edə biləcək. Polşadakı oyunda adı heç protokola daxil edilməyən yarımmüdafiəçinin debütü Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.
Qeyd edək ki, “Visla” ilk oyunda qırmızı vərəqə alan Bunoza ilə yanaşı, Kleber və Lukaş Qarqulanın zədə üzündən xidmətindən məhrum olub. Argentinalı Andres Rios isə vətəninə viza probleminin həllinə yollandığı üçün heyətdən kənarda qalıb.

0
0