“Visla” sabah Azərbaycana gəlir
03.08.2010 - 16:35
Polşanın “Visla” klubunun Azərbaycana səfər proqramı açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Qarabağ”la Avroliqanın cavab görüşü çərçivəsində avqustun 5-də Tofiq Bəhramov adına Respublika stadionunda görüşəcək rəqib komanda sabah ölkəmizə üz tutacaq.
“Visla”nın futbolçuları yerli vaxtla saat 6:30-da klubun bazasında yığışacaq. Bundan saat yarım sonra təyyarənin hava limanından qalxması nəzərdə tutulub. “Visla”lılar Heydər Əliyev Beynəlxalq Hava Limanına Bakı vaxtilə saat 15:30-da enəcək. Dərhal otelə gedəcək polşalılar nahardan sonra Respublika stadionuna yollanacaq. Rəqib oyun başlayan vaxtda, saat 21:00-da mərkəzi arenamızda məşqə çıxacaq.

0
0