Emil Mpenza “Neftçi” haqda fikrini bildirdi
03.08.2010 - 16:44
"Bakıya bu gün səhər saatlarında gəlmişəm. Yorğun olsam da, məşqi izləmək mənim üçün çox maraqlı idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin yeni transferi Emil Mpenza klubun rəsmi saytına açıqlamasında deyib.
"Neftçi" ilə müqavilə imzalamaq məqsədilə bu gün Bakıya gələn Belçika yığmasının hücumçusu səhər klubun bazasında baş tutan məşqi izləyib. Təəssüratlarını bölüşən Mpenza gördüklərindən razı qalıb: “Məşqdən sonra bir daha əmin oldum ki, "Neftçi"də səviyyəli futbolçular toplaşıb. Klub rəhbərliyi ilə görüşüb, müqavilə bağlayacağam. Bundan sonra isə məşqlərə qatılaraq, "Neftçi"nin hədəfləri uğrunda mübarizə aparıb, "ağ-qaralar"dan biri olacam".

0
0