Əvvəl Qurbanov sonra Kasperçak
03.08.2010 - 17:28
Əvvəl Qurbanov sonra Kasperçak
Avroliqanın III təsnifat mərhələsi çərçivəsində “Qarabağ” və “Visla” komandalarının cavab oyundan əvvəl keçirəcək mətbuat konfransının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, sabah KİV nümayəndələri ilə görüşə öncə Qurban Qurbanov çıxacaq. Saat 19:30-da baş tutacaq konfrans 30 dəqiqə davam edəcək. Sonra Ağdam klubu Tofiq Bəhramov adına stadionda son məşqini edəcək.

Saat 20:30-da isə “Visla”nın baş məşqçisi Henrik Kasperçak mətbuat konfransı keçirəcək. “Qarabağ” 1 saatlıq məşqi başa vurduqdan sonra çalışdırıcı 21:00-da komandasının axırıncı hazırlığına nəzarət edəcək.

Qeyd edək ki, “Qarabağ” və “Visla” cütünün ilk görüşündə futbolçularımız 1:0 hesabı ilə qələbə qazanıblar.