Raul Almaniyadan razıdır
03.08.2010 - 22:28
“Şalke-04”ün yeni forvardı Raul Qonsales vəziyyətindən şikayətlənmir. Apasport.az saytının xəbərinə görə, "Real"ın əfsanəsi Helzenkirhen klubundakı ilk həftəsinin əla keçdiyini vurğulayıb: "Bu qədər azarkeşi olan klubda oynamağım əladı. Yeni mühitə mümkün qədər tez uyğunlaşmağım üçün komanda yoldaşlarım əllərindən gələni etdilər. Kristof Metselder "Şalke"nin fanatlarını çox tərifləsə də, belə azarkeş kütləsini görəndə təəccübləndim. Fanatların belə sevgisini "Bavariya"nın qapısına vurduğum iki qolla doğrultmağa çalışdığıma sevinirəm".
Baş məşqçi Feliks Maqatın çalışdırdığı komanda Almaniya Liqası Kubokunun finalında "Bavariya"nı 3:1 hesabıyla məğlub edib. Münhenlilərin məğlubiyyəti baş məşqçi Lui van Qalın meydana ikinci heyəti çıxarması ilə bağlıdı.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0