Eriksson Afrikadan qovuldu
03.08.2010 - 22:46
Sven-Qoran Eriksson Kot d’İvuar yığmasının baş məşqçisi vəzifəsini tərk edib. Apasport.az saytının xəbərinə görə, isveçli mütəxəssisin çalışdırdığı "fillər" Cənubi Afrikada keçirilmiş DÇ-2010-da belə turnirlərdəki ilk qələbəsini qazanıb.
Fəqət Afrikanın ən parlaq komandası pley-off mərhələsinə çıxa bilməyib. Mundial başa çatandan dərhal sonra Eriksson vəzifəsindən istefa verəcəyini desə də, iyulun ortalarında fikrini dəyişdi və vəzifəsində qalacağını bildirib. 62 yaşlı mütəxəssisi əvvəlki sözlərindən imtina etməyə vadar edən məqam isə yeni iş yeri ilə bağlı qeyri-müəyyənlik olub. Onun çalışdırmaq istədiyi "Fulhem" rəhbərliyi Erikssonu baş məşqçi vəzifəsinə potensial namizədlər arasında görmədiyini bildirdi.
"Latsio" və İngiltərə yığmasının sabiq baş məşqçisi ilə Kot d’İvuar Futbol Federasiyası da işləmək istəmir. "Sven-Qoran Erikssonla əməkdaşlıqdan razı olsaq da, isveçli mütəxəssis bundan sonra komandada işləməyəcək. Komandaya yeni baş məşqçi axtarışları davam edir. Problemi avqustun 7-dək həll etmək istəyirik. Çünki həmin gün yığma Londona, İtaliya millisi ilə yoldaşlıq matçına yollanacaq" – deyə Kot d’İvuar Futbol Federasiyasının vitse-prezidenti Sori Diabate bildirib.

0
0