“Rapid” “Qarabağ”ı gözləyir
04.08.2010 - 08:51
“Rapid” “Qarabağ”ı gözləyir
UEFA Çempionlar Liqasında (ÇL) IV təsnifat mərhələsinin ilk iştirakçıları bəlli olub. Apasport.az saytının məlumatına görə, Azərbaycan klublarına yaxşı tanış olan “Aktobe” ilk oyunda evdə qazandığı üstünlüyü əldən verib. İsrailin “Hapoel” komandası Qazaxıstan çempionu ilə cavab görüşündə lazım olan nəticəni qazana bilib. Beş il öncə “Neftçi”ni ÇL-dən mübarizədən kənarlaşdıran “Anderlext” Uelsin TNS klubu ilə hər iki oyunda asan qələbə qazanıb.

Avrokuboklarda yeganə təmsilçimiz olan “Qarabağ”ın çıxış etdiyi Avroliqada isə IV mərhələnin ilk komandası müəyyənləşib. Avstriyanın “Rapid” klubu Bolqarıstan “Beroe”sini evdə böyük hesabla yenməklə, adını növbəti mərhələyə yazdırıb. “Qarabağ” mərhələ keçərsə, Vyana təmsilçisi onun potensial rəqibi olacaq.

Çempionlar Liqası, III təsnifat mərhələsi
Cavab oyunları


“Hapoel” (Təl-Əviv, İsrail) – “Aktobe” (Qazaxıstan) – 3:1

Zexavi, 16, Saxar, 31, Ba, 35 -öz qapısına – Tleşev, 90
İlk oyun – 0:1

“Anderlext” (Belçika) – TNS (Uels) – 3:0
de Sutter, 17, Lukaku, 69, 74

Avroliqa, III təsnifat mərhələsi
Cavab oyunu


“Rapid” (Avstriya) – “Beroe” (Bolqarıstan) – 3:0

Yelaviç, 5, 60, Katser, 71
İlk oyun – 1:1