Vaqif Cavadovun heyətə düşməsinə imkan yarandı
04.08.2010 - 09:28
Vaqif Cavadovun heyətə düşməsinə imkan yarandı
Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovun Hollandiyanın “Tvente” klubunda heyətə düşməsinə imkan yaranıb. Apasport.az saytının məlumatına görə, son ölkə çempionunun yeni transferi Roberto Rosales çempionatın ilk turunda “Roda” ilə görüşdə iştirak etməyəcək.

Venesuelalı hücumameylli yarımmüdafiəçinin sağlıq durumu qaydasındadır, sadəcə, ona Hollandiyada işçi vizasını almaq üçün vətəninə qayıtmaq lazımdır. Bundan əlavə, Roberto gələn həftə yığmasının heyətində yoldaşlıq görüşündə oynamalıdır. “Tvente”nin baş məşqçisi Mişel Pryudomun sözlərinə görə, digər iki debütant – Naser Çadli ilə Bart Beyssenin siftə etməyə hazırdır.

Qeyd edək ki, Vaqif gələndən sonra “Tvente” tarixində ilk ölkə çempionluğu və Superkubok qazansa da, futbolçumuz yarım ildə hələ də rəsmi debüt etməyib. Pryudomun yoxlama görüşlərində Cavadova şans verməsi onun oynamasına ümidləri artırır.