“Simurq” 8 futbolçu ilə müqavilə bağladı
04.08.2010 - 11:00
“Simurq” 8 futbolçu ilə müqavilə bağladı
Zaqatalanın "Simurq" klubu daha 8 futbolçu ilə müqavilə bağlayıb. Apasport.az saytının məlumatına görə, “Neftçi”dən gələn yığmamızın sabiq hücumçusu Samir Əliyevlə bir ilik anlaşma imzalanıb.

“Simurq” heyətində ən çox oyun keçirən yarımmüdafiəçi Ramil Sayadovla da həmin müddətə anlaşıb. "İnter"dən litvalı Paulis Paknis, Tofiq Mikayılov, gürcü Baçana Sxadadze, "Neftçi"dən Rəşad Hüseynov, Elvin Yunusov, Elvin Musazadə isə icarə əsasında növbəti mövsümü "Simurq"da çıxış edəcək.

Qeyd edək ki, I turda səfərdə "Gəncə" klubu ilə görüşəcək Zaqatala təmsilçisi baş məşqçi Qyoko Hacıyevskinin rəhbərliyi altında hazırlığını Bakıda davam etdirir. Komanda avqustun 6-da Gəncəyə yola düşərək, həmin gün oyun öncəsi son məşqini keçirəcək.