Milli komandamız “Münhen 1860”a uduzdu
04.08.2010 - 11:39
Milli komandamız “Münhen 1860”a uduzdu
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandası (U-17) ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Adil Şükürovun baş məşqçisi olduğu komandamız Almaniyanın “Münhen 1860” klubunun nəzdindəki U-17 komandası ilə yoldaşlıq oyunu keçirib. Almaniyalılar azərbaycanlı həmyaşıdlarına 2:0 hesabı ilə qalib gəlib.

Mənbə: affa.az