“Futbolçular həmişə yorğun olduqlarını deyirlər”
04.08.2010 - 12:07
“Çox şadam ki, yenidən təlim-məşq toplanışına yığışmışıq. Əslində, bir həftə əvvəl görüşməyimizi istəyirdim. Təəssüf ki, bu, klubların hazırlıq planı ilə uyğun gəlmədi”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.
“Qarabağ” klubunun futbolçularının avqustun 2-dən start götürən yığmanın təlim-məşq toplanışında iştirak etməməsinə münasibət bildirən almaniyalı mütəxəssis buna təəssüflənmədiyini vurğulayıb: “Xəzər Lənkəran”, “Bakı” və “İnter” futbolçularının da bugünkü toplanışda iştirak etməmələrinə sevinərdim. Təəssüf ki, onlar avrokuboklardakı çıxışlarını erkən başa vurdular. “İnter”in Çempionlar Liqasının ikinci mərhələsinin cavab oyunu çərçivəsində “Lex”lə Polşada keçirdiyi qarşılaşmanı izlədim. Düzdür, “İnter” mərhələ adlaya bilməsə də, çox yaxşı oyun nümayiş etdirdi”.
Klubların düşərgəsində toplanış keçdikdən sonra yığmanın hazırlığına qoşulan futbolçuların yorğun olub-olmamasına gəldikdə, Foqts maraqlı açıqlama verib: “Futbolçuların özlərindən xəbər alanda, həmişə yorğun olduqlarını deyirlər. Ancaq futbol oynamaq onların sənətidir. Futbolçu gün ərzində 4-5 saat hazırlıq keçməlidir”.
Sonda Küveytlə matç haqqında danışan Foqts rəhbərlik etdiyi komandadan ancaq gözəl oyun və qələbə gözlədiyini qeyd edib: “Bütün oyunlarda komandamdan qələbə gözləmişəm. İnanıram ki, Küveytlə qarşılaşmada komandamız baxımlı, taktiki cəhətdən düzgün oyun nümayiş etdirəcək. Həm də futbolçuların fiziki cəhətdən nəyə qadir olduqlarını yoxlamalıyam”.

0
0