Araz Abdullayev “Everton”a getmir
04.08.2010 - 13:27
“Şəxsi işlərimlə əlaqədar hazırlığa dünəndən etibarən qoşulmuşam. Komandada əhval-ruhiyyə yaxşıdır”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının və “Neftçi” klubunun futbolçusu Araz Abdullayev deyib.
Ali məktəbə qəbul imtahanı vermək üçün Mahaçqalaya yollanan Abdullayev milli komandanın təlim-məşq toplanışına avqustun 3-də qoşulub. Baş məşqçi Berti Foqtsun etimadını qazanmağa çalışan yarımmüdafiəçi “Everton”a mümkün keçidi barədə də danışıb. O, cari mövsümü “Neftçi”nin heyətində keçirəcəyini, İngiltərəyə isə gələn il yollanacağını vurğulayıb: “Bu mövsümü “Neftçi”də keçirəcəyim dəqiqdir. Gələcəkdə nə olacağını isə zaman göstərəcək. “Everton”a getmək üçün gərək son iki ildə yığmanın keçirdiyi oyunların 75 faizində iştirak edim”.

0
0