Saşa Yunisoğlu yeni imicdə: Saçlarımı Bakıda qoydum
04.08.2010 - 13:51
“Qəbələ”yə keçidim əsas təşəbbüskarı Toni Adams oldu. O, məni komandasında görmək istədi”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun yeni transferi Saşa Yunisoğlu deyib.
Azərbaycan yığmasının da üzvü olan müdafiəçi qəbələlilərin tanınmış ingilis baş məşqçisi Toni Adamsın onun xidmətində maraqlı olmasını yüksək qiymətləndirir: “Qəbələ”nin yaxşı baş məşqçisi, şəraiti var. Hədəfləri də yaxşıdır. Bütün bunlar məni qane etdi və klubla bir illik müqavilə imzaladım. Məsələni dünən həll etdik. Bu gün isə Qəbələyə gəlmişəm. Hələ yeni komandanın məşqində iştirak etmədiyim üçün bu haqda bir şey deyə bilmərəm”.
Saşanın karyerasında hazırkı dönəm təkcə yeni kluba keçidi yox, həm də xarici görünüşü ilə bağlıdır. Belə ki, yığma üzvü uzun müddət daşıdığı saçlarını kəsdirib: “Bunu özüm istədim. Uzun saçlarımı Bakıda qoyub, bura gəldim”.

0
0