Toni Adams: Bu mövsüm çempion olmaq planlarıma daxil deyil
04.08.2010 - 14:59
“İlk turda səfərdə görüşəcəyimiz “Xəzər Lənkəran”a yeni baş məşqçi gəlib. Ancaq bu komandada dəyişikləri təhlil etməyə imkanım olmayıb. Ona görə, bu haqda fikir deyə bilmərəm”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ” klubunun baş məşqçisi Toni Adams bu gün keçirdiyi brifinqdə deyib.
Təqvimə əsasən ilk turda “Xəzər Lənkəran”, “Neftçi”, “Bakı” kimi güclü rəqiblərlə görüşəcək ingilis çalışdırıcı çempionluğa əsas namizədlərlə qüvvəsini sınayacaqlarını bildirib: “Xəzər Lənkəran” Mario Souza kimi futbolçusunu itirib. Braziliyalı hücumçu artıq bu komandanı tərk edib. Bununla belə, “Xəzər-Lənkəran” yaxşı heyətə malikdir və çox güclü rəqibdir. Çempionluğa əsas namizədlərdəndir”.
Çempionluğa beş namizədi olan “Qəbələ”nin çalışdırıcısı özlərini orada görmür: “Fikrimcə, çempionluğa beş namizəd var. Bunlar “Xəzər Lənkəran”, “Bakı”, “İnter”, “Neftçi” və “Qarabağ”dır. Mən ilk mövsümümdə çempionluq haqda fikirləşmirik. Çünki bu, indi yox, o biri mövsüm üçün planlarımıza daxildir”.

0
0