Bir addım da at, “Qarabağ!
04.08.2010 - 23:00
Bu gün Avropa Liqasında III mərhələsinin cavab görüşləri keçiriləcək. Apasport.az saytının məlumatına görə, növbəti mərhələyə çıxmağa iddialılar arasında avrokuboklardakı yeganə təmsilçimiz “Qarabağ” da var.
Ağdam klubu Polşada “Visla”nı 1:0 hesabı ilə məğlub etdikdən sonra növbəti mərhələyə keçmək şansını artırıb. Hər halda, səfər qələbəsinin əhəmiyyəti haqda danışmaq artıq olardı. İndi növbəti mərhələyə çıxmaq üçün “Qarabağ”a istənilən hesablı bərabərlik yetərlidir. Bunun reallaşacağına isə əsasımız çoxdur.
Əvvəla, komandamız evdə güclü azarkeş dəstəyi altında oynayacaq və belə atmosferdə heç-heçə etmək elə də çətin olmamalıdır.
İkincisi, “Qarabağ” cari mövsümdə avrokuboklarda məğlubiyyətin nə olduğunu bilmir. Ötən mövsüm Hollandiyanın “Tvente” klubu ilə Bakıdakı qolsuz bərabərliyi nəzərə alsaq, bu seriya artıq 6 oyundur davam edir.
Üçüncüsü, “Visla”ya qələbə qazanmaq lazım olduğundan, ilk dəqiqələrdən böyük qüvvə ilə hücuma atılacaq. Bu isə müdafiədə boşluqlar yaradacaq və əks-hücumda yaxşı oynayan “Qarabağ” bundan istifadə etməlidir.
Nəhayət, Ağdam klubu üçün gözəl fürsət ələ düşüb və komanda üçüncü mərhələni də keçməklə tarix yazıb, Avroliqanın qrup mərhələsinə iddiasını ortaya qoya bilər. Son təsnifat mərhələsində isə azarkeşlərimizin hələlik oyunlarını mavi ekranlardan gördüyü “Yuventus” və “Liverpul” kimi çoxlu güclü rəqiblərdən birini Bakıya gətirmək olar.
Əslində, “Qarabağ” ötən yay Avroliqada son təsnifat mərhələsinə kimi irəliləsə də, “Tvente” komandamızın qrupa gedən yolunu bağladı. Deməli, indi həmin nəticəni təkrarlamağa və bir daha gücünü yoxlamağa imkan yaranıb.
Təbii ki, səfərdə qələbə nə qədər yaxşı nəticə olsa da, arxayınlaşmağa əsas verməməlidir. Çünki bunun acı fəsadları ola bilər ki, bu, elə “Visla”nın “başında çatladı”. Azərbaycan və Polşa klublarının yaxın keçmişdə avrokuboklarda görüşü də buna yaxşı sübutdur. “Lex” Bakıda “İnter”ə 1:0 hesabı ilə qalib gələndən sonra demək olar hamı onu növbəti mərhələdə gördü. Ancaq sən saydığını say, gör fələk nə sayır... “İnter” səfərdə bunun əvəzini çıxdı və polşalılar 120 dəqiqədə məğlubiyyətdən qaça bilmədi. “Lex” uzun sürən oyun sonrası penaltilər seriyasında güclü çempionumuza qalib gəldi.
İndi cavab oyunu öncəsi komandamız üstün durumda olsa da, ehtiyatı bir an belə əldən vermək olmaz. “Visla”nın Bakıya ciddi itkilərlə gəlməsi də heyətlə bağlı problemi olmayan “Qarabağ”ın xeyrinə amildir.
Qeyd edək ki, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq “Qarabağ” – “Visla” oyununu türkiyəli Bülənt Yıldırımın başçılıq etdiyi türkiyəli hakimlər briqadası idarə edəcək.
Mehman SÜLEYMANOV

0
0