“Elə bildim ki, Maradona da “Xəzər”ə gələcək”
04.08.2010 - 15:13
“Xəzər Lənkəran” klubunun türkiyəli futbolçusu Devran Ayhanın apasport.az saytına müsahibəsi
- Bir müddət öncə “Xəzər Lənkəran” sizinlə yollarını ayırmağa qərar vermişdi. Ancaq bildiyimizə görə, komandaya dönmüsünüz...
- Mən “Xəzər Lənkəran”la yeni bir illik müqaviləni indi yox, bir ay öncə imzalamışam. İndi də sənəddə bu komandanın futbolçusuyam. Sadəcə, rumıniyalı Mirça Rednik baş məşqçi postuna gələndən sonra ona lazım olmadığımı dedi. Komandaya öz istədiyi futbolçuları gətirəcəyini və mənə heyətdə yer olmayacağını bildirdi. Mən də peşəkar futbolçuyam, deyilənlərə əməl edirəm. İndi özümə yeni komanda axtarıram. Tapa bilsəm, “Xəzər Lənkəran”dan ayrılacağam. Ancaq yeni komanda tapmaq heç də asan deyil. Çünki artıq həftəsonu yeni çempionat başlayır. Buna görə də “Xəzər Lənkəran” məni çətin vəziyyətə qoydu. Lazım deyildimsə, bunu əvvəl deyərdilər. Həmin vaxt yaxşı təkliflər almışdım.
- Hansı klublardan?
- Bakı komandalarından. Ancaq həmin vaxt “XəzərLənkəran”la müqaviləmin müddətini uzatmağı üstün tutdum. Çünki sevdiyim klubdur. “Xəzər Lənkəran” həmin vaxt qalmağımı təkid etdi, indi isə üz çevirir. Nəticədə məni çətin duruma salıblar. Çempionatın startına az qalmış klublar heyətini qurublar. Buna görə də hansısa komandaya düşmək çətindir.
- “Xəzər Lənkəran”ın hazırlığında iştirak edirsiniz?
- Yox, icazəliyəm. Hazırda Bakıdayam.
- Klub tapmaqla meneceriniz məşğuldur?
- Bəli. Ancaq özüm də boş oturmuram, soraqlaşırıq. Bir şey olsa, biləcəksiniz.
- Hansı variantlar var?
- İnanın ki, ortada dəqiq bir şey yoxdur. Konkret bir şey olan kimi sizə məlumat verəcəyəm.
- Çempionatın startına üç gün qalsa da, “transfer pəncərəsi” bu ayın sonunda bağlanacaq...
- Bu, işimi bir qədər asanlaşdırır. Yəni, çempionat başlasa da, ayın sonuna kimi başqa kluba keçmək imkanım olacaq. Baxaq görək, necə alınacaq.
- Bu müddətdə klub tapa bilməsəniz, “Xəzər Lənkəran”a dönəcəksiniz?
- Başqa çarəm də yoxdur. Fərdi məşq edəcəyəm. Əvəzedici komandaya göndərsələr, orda oynayacağam. İstənilən halda, mən “Xəzər Lənkəran”dan pulumu alacağam. Çünki müqavilə ilə hələ bir il bu klubun üzvüyəm və anlaşma qüvvədən düşməmiş bu müddətdə məvacibimi alacağam. Ən azı qışa kimi qalıb, növbəti transfer müddətini gözləyəcəyəm.
- Yeni klub tapacağınız halda belə, “Xəzər Lənkəran”dan gedişiniz asan olmayacaq. Yəni, müqavilə olduğu üçün keçidinizə görə kompensasiya ödəmək lazımdır. Komanda yoldaşlarınız Dmitri Kramarenko, Ceyhun Sultanov bu səbəbdən başqa kluba keçməkdə çətinliklə üzləşib...
- Mən bu baxımdan ciddi problem görmürəm. Çünki “Xəzər Lənkəran”dan pul almışam. Klub tapacağım halda, bunun müəyyən miqdarını verib, həmin komandaya keçəcəyəm. Yoxsa mən burda niyə boş-boşa klub axtarıram ki?
- Ağasəlim Mircavadovun istefasını necə qarşıladınız?
- İşlədiyim məşqçilərin hər biri peşəkardır. Elə biz də peşəkar futbolçularıq. Hər klubda baş məşqçi dəyişikliyi normal şeydir. Belə şeylər olur.
- Bəs Mirça Rednik sizdə hansı təəssürat oyatdı?
- Onun 2-3 məşqində iştirak etmişəm. Dedi ki, komandaya yeni futbolçular gətirəcək. Mən 7-8 futbolçu olacağını zənn etdim. Elə bildim ki, Maradona da “Xəzər Lənkəran”a gələcək (gülür).
- Yeni transferlərin elə də tanınmış, sizdən güclü olmadığını hesab edirsiniz?
- Hər şeyi özünüz görəcəksiniz. Bu barədə çox danışmaq istəmirəm.
- Rednik gələndən sonra gedəcəyinizi gözləyirdinizmi?
- Əslində, mən bunu oyun səviyyəmlə əlaqələndirmirəm. Bunun əsl səbəbi maddi məsələlərlə bağlıdır. “Xəzər Lənkəran” mənə yeni müqavilə ilə verəcəyi pulun məbləğini azaltdı. Bununla razılaşmadım və ona görə də mənimlə yollarını ayırdılar. Yoxsa Rednik mənə 2-3 məşqlə necə qiymət verə bilərdi? Mən “Xəzər Lənkəran”a canımı vermişəm. İndi niyə belə münasibət olmalıdır ki? Təbii ki, baş verənlərdən sonra məvacibin azalmasına razı ola bilməzdim. Lazım deyildimsə, vaxtında yollarımızı ayırardıq və indi mən belə vəziyyətlə üzləşməzdim.
- Türkiyəyə qayıdıb, orada oynamaq variantına necə baxırsınız?
- İndi bu haqda düşünmürəm. Çünki hələ bir il də burda oynamağım lazımdır.
- Əsgərlik probleminə görə?
- Bəli. Qanuna görə, 3 il ölkədən kənarda olmalıyam. Mən iki ildir “Xəzər Lənkəran”da oynayıram. Daha bir il ölkənizdə oynamağım lazımdır. Ona görə də Azərbaycan klublarından birinə keçmək fikrindəyəm. İstəyirəm ki, bu üç il tez keçsin, problem arxada qalsın və rahatlaşım.
Mehman SÜLEYMANOV

0
0