Den Barton: “Qəbələ”də ulduz futbolçu yoxdur
04.08.2010 - 15:24
Den Barton: “Qəbələ”də ulduz futbolçu yoxdur
“Bu komandanı Toni Adamsa görə seçdim. Bura məhz ona görə gəlmişəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qəbələ” klubunun yeni transferi Den Barton deyib.

Ölkəmizdə çıxış edən ilk yamaykalı futbolçu kimi tarixə düşəcək Barton bildirib ki, komandada yüksək səviyyəli futbolçuların olmamağı çətinlik yaradır: “Qəbələ”də ulduz futbolçular yoxdur. Ancaq gözəl kollektiv var və əsas da budur. Azərbaycan klublarından “Bakı” və “Qarabağ”ın avrokuboklarda oyunlarını izləmişəm. Yaxşı komandalardır. “Qəbələ” də avrokuboklara çıxmaq uğrunda mübarizə aparır. Bu da gəlişimdə rol oynadı”.

“Qəbələ” ilk turda bu şənbə “Xəzər Lənkəran”ın qonağı olacaq. Yamaykalı hücumçu həmin debüt görüşünə nikbin baxır: “İlk oyunlar həmişə çətin olur. Bu dəfə də belə olacaq. İnanıram ki, Lənkəranda uğurlu nəticə qazanacağıq”.