“İngiltərədən sonra Azərbaycanda oynamaq mənim üçün çətin olmaz”
04.08.2010 - 15:35
“Azərbaycan çempionatında oynayan ilk ingilis futbolçu olduğumu bilmirdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” klubunun futbolçusu Terri Kuk deyib.
Mövsümlərarası fasilədə transfer edilən ingilis hücumçu vaxtilə “Mançester Yunayted” klubunda oynayıb. Kuk “Qəbələ”yə baş məşqçilik edən məşhur həmyerlisi Toni Adamsa görə gəldiyini gizlətmir: “Mən buna qədər Avstraliya, ABŞ-da oynamışam. Buna görə də İngiltərə Premyer Liqasından sonra ölkənizdə oynamaq mənim üçün çətin deyil. Azərbaycan yığmasının milli komandamızla rəsmi oyunları, İspaniya ilə Bakıdakı yoldaşlıq görüşləri haqda məlumatım var. “Xəzər Lənkəran”ın Avroliqada Moldovanın “Olimpiya” klubu ilə görüşünü də izləmişəm. Yaxşı komandadır, ilk turda onlarla görüşəcəyik. Məqsədimiz “Xəzər Lənkəran”la səfər oyununda yaxşı nəticə əldə etməkdir”.

0
0