“Neftçi” “Qarabağ”la oyunun start heyətini sabah dəqiqləşdirəcək
04.08.2010 - 16:01
“Emil Mpenza bu gün komanda ilə birgə ilk məşqinə çıxdı. İstəkli olduğu hiss olunurdu”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.
Qarşıdakı mövsümdə paytaxt təmsilçisinin formasını geyinəcək belçikalı futbolçu bu gün “Neftçi”nin heyətində ilk məşqinə çıxıb. Hələlik ondan narazı qalmadığını bildirib Əsədov axşam çalışması zamanı hücumçudan test-normativin götürüləcəyini vurğulayıb: “Axşam məşqindən əvvəl futbolçudan test götürüləcək. Bundan sonra onun hazırlıq durumu tam bəlli olacaq”.
Futbolçunun son mövsümü əsasən ehtiyatda keçirməsi Əsədovu narahat etmir. O, həm Mpenzanın nəyə qadir olduğunu, həm də “Qarabağ”la oyunda meydana buraxacağı heyəti müəyyənləşdirmək üçün ikitərəfli oyun təşkil edəcək: “Yenə deyirəm, Mpenzanın nəyə qadir olduğunu sabah ikitərəfli oyunda yoxlayacağıq. Sabah həm də millinin düşərgəsində olan futbolçular komandaya dönəcəklər. İkitərəfli oyun zamanı həm də əsas heyəti müəyyənləşdirəcəyəm”.

0
0