İlqar Qurbanov “Lotto” geyinəcək
04.08.2010 - 16:13
Yeni mövsümün hazırlığını Avstriyada həyata keçirən “Mersin İdman Yurdu” sayca ikinci yoxlama oyununu keçirib. Apasport.az saytının xəbərinə görə, Türkiyə təmsilçisinin rəqibi Avstriyanın IV liqasında mübarizə aparan “Siemens KSV” klubu olub.
Oyun 5:1 hesabı ilə mersinlilərin xeyrinə başa çatıb. Hesabı rəqib açsa da, buraxılan qoldan sonra özünə gələn “Mersin İdman Yurdu” fasiləyədək Fatih Şen və Şehmus Özerin sayəsində iki dəfə qol sevinci yaşayıb.
İkinci hissədə isə Tunç Behram dubl edərkən, Fatih Egedik də qol vurmaq bacarığını göstərdi.
Bu arada klub rəhbərliyi yeni mövsümdə komandanın geyinəcəyi formaları təqdim edib. “Mersin İdman Yurdu”nu Lotto firması geyindirəcək.

0
0