“Qəbələ” yeni layihəyə başlayır
04.08.2010 - 16:44
“Qəbələ” yeni layihəyə başlayır
“Qəbələ” gələn ay növbəti yeni layihəsini həyata keçirəcək. Apasport.az saytının məlumatına görə, klubun icraçı-direktoru Alastair Savyerimutto sentyabrda Qəbələdə beynəlxalq turnir keçirəcəklərini bildirib: “Uşaq futbolunun inkişafı məqsədilə böyük bir turnir keçirmək istəyirik. Bura dünyanın hər yerindən komandalar dəvət etmək istəyirik. Bu, eyni zamanda yaxşı bir reklam olacaq”.