“Turan” sifariş vərəqəsini PFL-ə təqdim etdi
04.08.2010 - 23:15
“Turan” sifariş vərəqəsini PFL-ə təqdim etdi
Vurğun Hüseynovun “Xəzər Lənkəran”a keçidi baş tutmayıb. Apasport.az saytının xəbərinə görə, artıq sifariş vərəqəsini Peşəkar Futbol Liqasına təqdim edən “Turan” müdafiəçinin adını da qeydiyyatdan keçirib. Beləliklə, 22 yaşlı futbolçu qarşıdakı 1 il ərzində Tovuz təmsilçisinin uğurları üçün çalışacaq.

Qeyd edək ki, mövsüm başa çatdıqdan sonra Hüseynov “Xəzər Lənkəran”la ilkin müqavilə imzalamışdı. Lakin onun “Turan”la müqaviləsi davam etdiyindən, klub rəhbərliyi müdafiəçini komandada saxlamağı üstün tutub.

Nəticədə yığmanın da heyətinə cəlb edilən futbolçu “Turan”ın Gürcüstanda keçirilən təlim-məşq toplanışında iştirak edib. Onun hazırkı klubu ilə müqaviləsi yeni mövsümün sonunda başa çatacaq.