Ceyhun Sultanov rəsmən “Gəncə”də!
04.08.2010 - 23:18
“Ceyhun Sultanov artıq “Gəncə”yə məxsusdur. Amma məbləğ barədə heç nə deyə bilmərəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.
Son mövsümü cənub təmsilçisində keçirən təcrübəli futbolçu komandadan göndərilən siyahısında yer almışdı. Sultanov bir müddət “Simurq”un heyətində məşq etsə də, “Xəzər-Lənkəran”ın futbolçu üçün müəyyənləşdirdiyi məbləği ödəmədiyinə görə, transfer reallaşmamışdı.
Təcrübəli futbolçu qarşıdakı bir ildə “Gəncə” klubunun şərəfini qoruyacaq. Futbolçu özü transferi ilə bağlı bunları deyib: “Artıq “Gəncə” ilə bir illik müqavilə imzalamışam. Bu gün yeni komandamda ilk məşqə çıxacağam. Burada oynayanların çoxu təcrübəli, birlikdə futbol oynadığım uşaqlardır. İlk məşqdən sonra komanda haqda fikrimi bildirəcəyəm”.
Sultanov “Xəzər-Lənkəran”ın onun üçün müəyyənləşdirdiyi transfer qiymətinin kim tərəfindən ödəndiyinə də aydınlıq gətirdi: “İki klub arasında qarşılıqlı razılaşma oldu. Mən də “Gəncə”yə keçdim”.

0
0