Ruslar Mahir Şükürovu Bakıya göndərir
04.08.2010 - 17:23
Rusiyanın “Anji” klubunda oynayan Mahir Şükürov Azərbaycan yığmasının Küveytlə avqustun 11-də keçiriləcək yoldaşlıq görüşünə çağırılıb. Apasport.az saytının məlumatına görə, “Anji”nin rəsmi saytı həmin tarixdə yığmalara çağırılan üç futbolçusu – moldovalı Nikolay Josan və gürcü Georgi İluridze ilə yanaşı, Şükürovu da göstərib.
Ancaq maraqlıdır ki, yığmamızın baş məşqçisi Berti Foqts həmin oyuna heyəti açıqlamayıb. O, Mahiri hazırkı Bakı toplanışına FİFA-nın pəncərəsində nəzərdə tutulmadığı üçün dəvət etməyib. Görünür, Şükürovun Küveytlə görüşə çağırılacağı haqda AFFA-dan “Anji”yə faks daxil olub. Avqustun 11-in beynəlxalq oyun günü olduğunu və Mahirin yığmamıza daim çağırıldığını nəzərə alsaq, dəvət göndərilməsi şübhə doğurmur.

0
0