Tuyqun Nadirov kluba yönələn ittihamlara cavab verdi - MÜSAHİBƏ
05.08.2010 - 09:10
“Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun apasport.az saytına müsahibəsi
- İstərdik, komandada son hadisələrə münasibət bildirəsiniz. “Xəzər Lənkəran”da nə baş verir?
- Komandaya yeni məşqçi dəvət olunub. Mirça Rednik komandanın ötən mövsüm çempionatda və kubokda keçirdiyi son görüşləri izləyib, tanış oldu. Həmçinin avrokuboklarda keçirdiyimiz oyunları da izləyib. Həmin oyunları izlədikdən sonra qərara gəldik ki, müəyyən futbolçularla yollarımızı ayıraq.
- Düşünmürsünüz ki, bu addım çempionatın başlamasına az qalmış komandaya mənfi təsir edər? Çünki yeni transfer olunan futbolçuların komandaya uyğunlaşması üçün müəyyən qədər vaxta ehtiyac var.
- Komandadan uzaqlaşdırılan futbolçuların yerinə başqaları gəlir. Komandamız daha da güclənir. Aydın məsələdir ki, onların uyğunlaşması üçün vaxt lazımdır. Ancaq vaxt çox azdır. Onlar peşəkar futbolçulardır. Oynadıqları komandalarda bunu sübut ediblər, əsas heyətdə yer alıblar, hazır futbolçulardır. Ümid edirik ki, qısa zamanda komandaya tam uyğunlaşacaqlar. Hazırda gündə iki dəfə məşq edirlər. Düşünürəm ki, məşqçi onları yaxşı hazırlaşdıracaq.
- Transferləri başa vurmusunuz, yoxsa yeni oyunçuların gəlişi gözlənilir?
- Danışıqlar apardığımız futbolçular var. Bir neçəsi ilə artıq müqavilə imzalanıb.
- Sirr deyilsə, adlarını açıqlaya bilərsinizmi?
- Xeyr, bunu deyə bilmərəm. Danışığın şərtlərindən biri budur ki, tərəflər ad çəkməsinlər.
- “Vaslui”də forma geyinən 21 yaşlı rumıniyalı Kosmin Qinqioveanunun transferi gündəminizdə varmı?
- Əsasən çalışırıq ki, transfer etdiyimiz futbolçuların yaşları çox olmasın.
- Qinqioveanunun qiyməti 700 min avro olaraq açıqlanıb. Buna münasibətiniz necədir?
- Bu reallıqdan uzaqdır.
- Ümumiyyətlə, belə yüksək məbləğdə oyunçu transfer etmək kimi bir planınız varmı?
- Şərt o futbolçudan getmir. “Xəzər Lənkəran” indiyədək həyata keçirdiyi transferlərlə sübut edib ki, məşqçinin qərarına əsasən hər hansı bir futbolçunu keçidini həll edir.
- Vurğun Hüseynovun transferi niyə reallaşmadı?
- Vurğunun klubu ilə danışıqlar aparırıq. Onun transfer hüququ “Turan”a məxsusdur. “Turan” rəhbərliyi müəyyən şərtlər irəli sürüb ki, çalışırıq ortaq məxrəcə gələk.
- Bildiyimizə görə, Tovuz klubu futbolçu üçün 200 min manat transfer qiyməti müəyyənləşdirib. Bu nə dərəcədə realdır?
- Bu barədə heç nə deyə bilmərəm.
- Danışıqlara çoxdan başlamısınız?
- İyun ayından bu barədə danışıq gedir.
- “Turan”ın prezidenti Musa Süleymanov açıqlamasında bildirmişdi ki, Vurğunun transferi ilə bağlı “Xəzər-Lənkəran”dan bizə rəsmi təklif olmayıb...
- Musa müəllimin şərhinə heç nə deyə bilmərəm. Yalnız deyə bilərəm ki, bizdə “Turan”ın xeyli məktubları var. Necə ola bilər? Əgər rəsmi təklif olmasaydı, nəyə görə bizim məktuba cavab verirdilər?
- Türk futbolçu Devran Ayhan saytımıza müsahibəsində klub rəhbərliyini ittiham edib. Buna münasibətiniz necədir?
- Devran peşəkar futbolçudur. Komandaya yeni baş məşqçi gəlib və o azaddır. Kimi istəyir göndərir, kimi istəyir saxlayır. Mirça Rednik klub rəhbərliyi qarşısında məsələ qaldırıb ki, filan futbolçuları heyətdə görmək istəmirəm. Onların arasında Devran Ayhan da var. Vəssalam, burda qeyri-adi bir şey yoxdur.
- Əgər futbolçu “transfer pəncərəsi”nin bağlanmasına qədər özünə klub tapmasa, yəqin ki, əvəzedici komandaya göndərəcəksiniz?
- Əlbəttə.

0
0