“Neftçi” səs-küylü transferini rəsmiləşdirdi
04.08.2010 - 18:43
"Neftçi" mövsümlərarası fasilədə daha bir möhtəşəm transferi gerçəkləşdirib. Apasport.az saytının xəbərinə görə, flaqman Belçika milli komandasının hücumçusu Emil Mpenzanı heyətə qatıb.
Bu gün klubun bazasında komandanın prezidenti Sadıq Sadıqovun iştirakı ilə rəsmi imzalanma mərasimi baş tutub. Tədbirdə çıxış edən Sadıq Sadıqov təcrübəli hücumçuya uğurlar arzulayıb: "Azərbaycanda idmanın bütün növlərinə, o cümlədən futbola dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Ölkəmizdə futbolun inkişafına töhfə vermək üçün "Neftçi" klubu olaraq, bütün səylərimizi səfərbər etmişik. Emil Mpenzanın transferində əsas məqsəd "Neftçi"ni gücləndirmək və çempionluğa gedən yolda uğurla addımlamaqdır. İnanıram ki, Mpenza təcrübəsi, istedadı sayəsində komandamıza böyük kömək edəcək. Ötən mövsüm daha çox hücum xəttində problemimiz var idi. Mpenzanın çoxlu qollar vurmaqla, ümidlərimizi doğruldacağına inanırıq".
Mpenza isə klubun saytına açıqlamasında "Neftçi"nin uğurları üçün çalışacağını bildirib: "Eşitmişəm ki, "Neftçi" Azərbaycanın ən köklü klubudur. Hətta bu komandaya Azərbaycanın "Real Madrid"i deyirlər. Bu, mənim məsuliyyətimi daha da artırır. Belə klubda oynamaq mənim üçün böyük şərəfdir. Qarşıdakı mövsümdə var qüvvəmlə çalışıb, "Neftçi"nin möhtəşəm uğurlar qazanmasına yardım edəcəyəm".
Daha sonra Sadıq Sadıqov Mpenzaya 10 nömrəli futbolkanı təqdim edib.
Qeyd edək ki, "Mançester Siti", "Hamburq", "Şalke" klublarında oynamış Mpenza son komandası İsveçrə "Syon"u olub. O, "Syon"un heyətində son mövsümdə 32 oyuna 21 qol vurub.

0
0