“Bu imkanları boşa vermək “Qarabağ”a çətinlik yaradacaq”
04.08.2010 - 21:15
“Bu imkanları boşa vermək “Qarabağ”a çətinlik yaradacaq”
“Futbolda hər şey ola bilər. Həmkarım Qurban Qurbanovun karyerasına bələd deyilik. Lakin “Qarabağ”ı Bakıda məğlub etmək mümkündür. Birinci görüşdə istədiyimiz kimi oynamadıq. Qol vura bilməməyimiz bizə çətinlik yaradacaq. Lakin sabahkı oyunda qol vurmaqla bu uğursuzluğa son qoyacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Visla”nın baş məşqçisi Henrik Kasperçak bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Polşalı çalışdırıcı bildirib ki, “Qarabağ” Krakovdakı ilk qarşılaşmada müdafiədə daha yaxşı oynadı: “Krakovdakı oyunda bir deyil, bir neçə qol vura bilərdiniz. Lakin bir qolla kifayətləndiniz. Bu imkanları boşa verməyiniz Bakıdakı oyunda “Qarabağ”a çətinlik yaradacaq. Qeyd edim ki, Polşadakı oyundan sonra keçirilən mətbuat konfransında baş məşqçi Qurban Qurbanov da etiraf etdi ki, cavab oyunu Krakovdakı oyundan daha çətin olacaq. İlk 45 dəqiqədə qol vura bilsək, bu bizə daha rahat oynamağa imkan verəcək. Oyun axşam keçirildiyi üçün havanın bizə hər hansı bir problem yaradacağına inanmıram. İlk oyunda məğlub olmağımız bizim əsas problemlərimizdən biridir. Lakin biz Bakıya qələbə üçün gəlmişik. Son vaxtlar klublarınızın Polşa komandalarına səfərdə qalib gəlməsi Azərbaycan futbolunun inkişafını göstərir”.