“Fənərbaxça” biabır oldu
05.08.2010 - 08:50
“Fənərbaxça” biabır oldu
UEFA Çempionlar Liqasında (ÇL) III təsnifat mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, “Fənərbaxça”nın fiaskosu Türkiyənin bu nüfuzlu turnirdə iki təmsilçisindən birini itirməsi ilə nəticələndi. İsveçrənin “Yanq Boyz” klubu ilə səfərdə məhsuldar heç-heçədən (2:2) sonra mərhələ keçmək şansını yüksəldən istanbullular evdə biabır olub. “Fənərbaxça” ilk hissənin sonunda buraxdığı qolun əvəzini çıxa bilməyərək, uduzub. İndi qardaş ölkənin ÇL-də yeganə təmsilçisi birbaşa qrup mərhələsində oynamaq hüququ qazanan son çempion “Bursaspor” olacaq.

Son Azərbaycan çempionu “İnter”i mübarizədən penaltilər seriyası ilə kənarlaşdıran “Lex” də turnirlə vidalaşıb. Çexiya “Sparta”sı səfərdə keçirilən cavab görüşündə də eyni hesablı qələbə qazanıb. Bununla da “Lex” “İnter”lə oyunu da nəzərə alsaq, son üç görüşündə 0:1 hesabı ilə yenilib, Bakıda isə elə bu hesabla qalib gəlib. Bu mərhələnin ən böyük sensasiyasını Zaqreb “Dinamo”sunun evdə Moldovanın “Şerif” klubuna oyun sonrası penaltilər seriyası ilə uduzmasını saymaq olar.

Çempionlar Liqası, III təsnifat mərhələsi
Cavab oyunları


"Zalsburq" (Avstriya) - "Omoniya" (Kipr) - 4:1

Şvento, 21, Şimer, 37, 40, Boqossyan, 58 - Renxifo, 90+1
İlk oyun – 1:1

"Jilina" (Slovakiya) - "Liteks" (Bolqaristan) - 3:1
Rilke, 52, Oravets, 70, Sisey, 84 - Sandrinyo, 50
İlk oyun - 1:1

"Gent" (Belçika) - "Dinamo" (Kiyev, Ukrayna) - 1:3
Kulibali, 84 - Qarmaş, 32, Milevski, 55, Qusev, 89
İlk oyun - 0:3

"Zenit" (Rusiya) - "Unirya" (Rumıniya) - 1:0
Danni, 33
İlk oyun - 0:0

"Lex" (Polşa) - "Sparta" (Çexiya) - 0:1
Kladrubski, 50-pen
İlk oyun - 0:1

"Kopenhagen" (Danimarka) - BATE - 3:2
Santin, 2, Kvist, 27, Ndoy, 59 - Kontsevoy, 40, Nexayçik, 44
İlk oyun - 0:0

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Şerif" (Moldova) - 1:1 (penaltilərlə - 5:6)
Sammir, 55-pen - Volkov, 16
İlk oyun - 1:1

"Bazel" (İsveçrə) - "Debretsen" (Macarıstan) - 3:1
Çağdaş, 26, Çipperfild, 59, Şaçiri, 64 - Kulibali, 74
İlk oyun - 2:0

"Fənərbaxça" (Turkiyə) - "Yanq Boyz" (İsveçrə) - 0:1
Byenvenyu, 40
İlk oyun - 2:2

"Rusenborq" (Norveç) - AİK (İsveç) - 3:0
Pritsa, 55, Demidov, 64, Lustiq, 76
İlk oyun - 1:0

HİK (Finlandiya) - "Partizan" (Serbiya) - 1:2
Kamara, 39 - Kleo, 9, 90+2
İlk oyun - 0:3

PAOK (Yunanıstan) - "Ayaks" (Hollandiya) - 3:3
Vyeyrinya, 16, Salpingidis, 56, İviç, 90+1 - Suares, 48, de Yonq, 50, Lindqren, 55
İlk oyun - 1:1

"Seltik" (Şotlandiya) - "Braqa" (Portuqaliya) - 2:1
Xuper, 52, 79 - Paulo Sezar, 20
İlk oyun - 0:3