Məlum olduğu kimi, “transfer pəncərəsi” bu ayın sonunda bağlandığından, klublar həmin vaxta kimi iştirak ərizəsinə yeni futbolçuların adlarını daxil edə bilərlər. Braziliyalı müdafiəçi Julio Sezarla müqavilə bağlamağa hazırlaşan “Bakı”nın daha bir hücumçu alacağı da istisna deyil. Hələliksə almaniyalı baş məşqçi Vinfred Şaferin sərəncamında 3 qapıçı, 5 müdafiəçi, 11 yarımmüdafiəçi və 4 hücumçu var. Göründüyü kimi, “zolaqlılar”da orta sahə oyunçularının çoxluğu diqqət çəkir.
Qeyd edək ki, yeni transferlər müdafiəçilər Emin Cəfərquliyevlə Dare Nibombe, yarımmüdafiəçilər Joel Epalle, İbrahim Karqbo, Cefferson Anqulo, Juninyo Osvaldo və hücumçu Saşa Kaykutdur.
№ | Adı, soyadı | Təvəllüdü | Ampluası | Vətəndaşlıq | № |
1 | Xalidu Sissoko | 28.08.1978 | qapıçı | Seneqal | 23 |
2 | Marko Şarliya | 31.01.1982 | qapıçı | Xorvatiya | 1 |
3 | Aqil Məmmədov | 01.05.1989 | qapıçı | Azərbaycan | 13 |
4 | Səbuhi Həsənov | 08.07.1987 | müdafiəçi | Azərbaycan | 22 |
5 | Vadim Borets | 05.09.1976 | müdafiəçi | Moldova | 4 |
6 | Aleksey Savinov | 19.04.1979 | müdafiəçi | Moldova | 32 |
7 | Cəmşid Məhərrəmov | 03.10.1983 | müdafiəçi | Azərbaycan | 15 |
8 | Dare Nibombe | 16.06.1980 | müdafiəçi | Belçika | 6 |
9 | Adnan Barakat | 03.09.1982 | yarımmüdafiəçi | Hollandiya | 11 |
10 | Ernad Skuliç | 02.05.1980 | yarımmüdafiəçi | Xorvatiya | 8 |
11 | Mahmud Qurbanov | 10.05.1973 | yarımmüdafiəçi | Azərbaycan | 7 |
12 | Aleksandar Soliç | 29.01.1981 | yarımmüdafiəçi | Xorvatiya | 77 |
13 | Fabio Luis Ramim | 10.04.1981 | yarımmüdafiəçi | Azərbaycan | 20 |
14 | Əziz Quliyev | 02.05.1987 | yarımmüdafiəçi | Azərbaycan | 29 |
15 | Hacı Əhmədov | 23.11.1993 | yarımmüdafiəçi | Azərbaycan | 16 |
16 | Joel Epalle | 20.02.1978 | yarımmüdafiəçi | Kamerun | 10 |
17 | Jefersson Anqulo | 26.12.1982 | yarımmüdafiəçi | Kolumbiya | 25 |
18 | İbrahim Karqbo | 10.04.1982 | yarımmüdafiəçi | Belçika | 30 |
19 | Junior Osvaldo | 07.07.1982 | yarımmüdafiəçi | Braziliya | 55 |
20 | Silvinyo Joao de Karvalyo | 20.05.1981 | hücumçu | Braziliya | 85 |
21 | Bəxtiyar Soltanov | 21.06.1989 | hücumçu | Azərbaycan | 27 |
22 | Vyaçeslav Sofroni | 30.04.1984 | hücumçu | Moldova | 12 |
23 | Saşa Kaykut | 07.07.1984 | hücumçu | Bosniya | 2 |
Baş məşqçi: Vinfred Şafer |