“Neftçi” veteranları azarkeşlərə müraciət etdi
22.09.2010 - 21:53
“Neftçi” veteranları azarkeşlərə müraciət etdi
Bakının “Neftçi” klubunun veteranları Unibank Premyer Liqasının VII turu çərçivəsində keçiriləcək “Xəzər Lənkəran” qarşılaşmanın dostluq şəraitində keçməsini, qalmaqalsız başa çatmasını istəyirlər. Apasport.az saytının məlumatına görə, veteranlar klubunun prezidenti Oqtay Abdullayev sentyabrın 25-də keçiriləcək görüşlə bağlı azarkeşlərə müraciət edib. O, paytaxt təmsilçisinin rəsmi internet saytına verdiyi açıqlamada saat 19:00-da Lənkəran şəhər stadionunda start götürəcək "Xəzər Lənkəran" - "Neftçi"matçı haqda da fikirlərini bildirib: "Premyer Liqada "Xəzər Lənkəran" və "Neftçi" arasındakı oyunlar həmişə böyük maraq doğurur. Bu iki kollektivin qarşılaşmaları ölkədə futbolun populyarlaşmasına, stadionlarda əsl futbol həyəcanı yaşamağımıza şərait yaradır. Hər iki komandanın futbolçularını, azarkeşlərini təxribata getməməyə və "Fair play" qaydalarına əməl etməyə səsləyirik".
0