Hüseyn Məhəmmədov “Neftçi”nin formasını geyəcək
22.09.2010 - 22:02
Hüseyn Məhəmmədov “Neftçi”nin formasını geyəcək
Sentyabrın 25-də "Neftçi" və "Xəzər Lənkəran"ın veteranları arasında yoldaşlıq görüşü keçiriləcək. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının VII turunun qarşılaşmasından əvvəl iki klubun veteranları üz-üzə gələcəklər. Bu matç sentyabrın 25-də Lənkəran Olimpiya Kompleksinin stadionunda keçiriləcək. Görüş saat 15:00-da başlanacaq.

Paytaxt təmsilçisinin rəsmi internet saytı "Xəzər Lənkəran"la qarşılaşmada komandanın heyətinə cəlb olunacaq veteranların adlarını açıqlayıb. Belə ki, Faiq Əzizov, Hüseyn Məhəmmədov, Tərlan Əhmədov, Vəli Qasımov, Elmir Xankişiyev, Bəxtiyar Musayev, İqor Getman, Vidadi Rzayev, Telman Əzizov, Samir Ələkbərov, Vaqif Sadıqov kimi tannmış simalar “ağ-qara” formanı geyəcəklər. Oyunun hakimi Rüstəm Rəhimov olacaq. Yoldaşlıq görüşünü izləmək üçün digər veteran futbolçular - Ələkbər Məmmədov, Çingiz İsmayılov, Valeri Hacıyev, Yaşar Babayev də Lənkərana səfər edəcək.