“Bahodir Nasimovun hər qoldan sonra emblemi öpməsi məni fərəhləndirir”
23.09.2010 - 09:15
"Neftçi"də yerli-əcnəbi müqayisəsi yoxdur. Futbolçular bir-birləri ilə çox mehribandır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.
Unibank Premyer Liqasının növbəti turunda səfərdə “Xəzər Lənkəran”la derbi oyuna hazırlaşan “ağ-qaralar” bu məsul görüş öncəsi fanatlarla görüşüb. Əsədov legionerlərin "Neftçi"nin Azərbaycanın ən köklü klubu olduğunu dərk etdiklərini bildirib: “Onlar klubun rəmzlərinə hörmətlə yanaşırlar. Misal üçün Bahodir Nasimovun hər dəfə qol vurandan sonra klubun formanın üzərindəki emblemini öpməsini göstərmək olar. Bu məni fərəhləndirir. "Xəzər-Lənkəran"la oyuna gəlincə, qələbə qazanıb, liderliyimizi davam etdirməyə çalışacağıq".
Görüşdə iştirak edən futbolçular – özbəkistanlı Bahodir Nasimov, Ruslan Abışov və Mirhüseyn Seyidov Əsədov kimi, fanatlara onlara hər zaman dəstək olduqları üçün təşəkkür ediblər. Nasimov "Xəzər-Lənkəran"la görüşdə də qələbə seriyasını davam etdirməyə çalışacaqlarını bildirib. Zədəsini yenicə sağaltmış Abışov zirvədə qalmaq üçün onlara heç-heçə qane etsə də, yalnız qələbə haqda düşünəcəklərini söyləyib. Seyidov isə bunun üçün əllərindən gələni əsirgəməyəcəklərini deyib.
Mənbə: neftchifc.com

0
0