İlqar Qurbanov “Mersin İdman Yurdu”nda qol hesabını açdı
23.09.2010 - 10:45
Azərbaycan milli komandasının sabiq futbolçusu İlqar Qurbanov Türkiyə kubokunda fərqlənib. Apasport.az saytının məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi çıxış etdiyi “Mersin İdman Yurdu” klubunun heyətində turnirin II mərhələsində “Torbalıspor”la görüşün artıq 4-cü dəqiqəsində vurduğu qolla hesabı açıb. Bununla da İlqar cari mövsümdən oynadığı klubda qol hesabını açıb. Qurbanovun komandası 90+1-ci dəqiqədə qələbə topunu vuraraq, rəqibini 3:2 hesabı ilə məğlub edib. Bununla da “Mersin İdman Yurdu” pley-off mərhələsinə yüksəlib.
İlqarla yanaşı, yığmamızın digər sabiq oyunçusu – Ernani Pereyra da start heyətində meydana çıxıb. Braziliyalı müdafiəçi sonadək oynadığı halda, İlqar 90+3-cü dəqiqədə əvəzlənib. O, Türkiyə mətbuatında oyununa görə 2, Pereyra isə 3 ulduza layiq görülüb.

0
0