25 dəqiqə də döz, Ağayev!
27.09.2010 - 12:21
Unibank Premyer Liqasının VII turu mövsümün 2 ən yaxşı qapıçısını üz-üzə qoydu. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran”la “Neftçi”nin qarşılaşmasında “qol seriyası” ilə digər əlcək sahiblərinə örnək olan iki futbolçunun əyani dueli gerçəkləşib. Cari mövsümdə qapısında qol görməyən Kamran Ağayev yalnız ilk turdan sonra belə seriyaya başlayan Paulius Qribauskasla kimin güclü olduğunu aydınlaşdırıblar.
“Xəzər Lənkəran”ın 1:0 hesabı ilə qalib gəldiyi görüşdə Ağayevin “quru seriyası” davam edibsə, litvalı qolkiper meydanı məyus və başıaşağı tərk edib. Buna görüşün 89-cu dəqiqəsində Dieqo Ruizin vurduğu qol səbəb olub.
Bunadək son 5 matçda qapısının toxunulmazlığını saxlayan 24 yaşlı Qribauskas sonuncu dəfə I turun “Qarabağ”la görüşündə məyus olmuşdu. Həmin qarşılaşmanın 80-ci dəqiqəsində Rəşad Sadiqovun zərbəsi qarşısında aciz qalan Paulius 549 dəqiqədən sonra yenə topu tordan çıxarıb.
Hələ bu oyundan əvvəl 545 dəqiqəlik seriyaya malik Kamran isə ardıcıl 7-ci matçı da qol buraxmadan tərk edib. Bununla, özünün 2007/08 mövsümünə aid olan şəxsi rekordunu (632) yeniləyən 26 yaşlı Ağayev artıq 635 dəqiqədir ki, qapısında qol görmür. İFFHS-in siyahısına düşmək üçün 25 dəqiqəsi çatmayan qolkiper buna “Bakı” ilə növbəti turun oyununda nail ola bilər. Cari mövsümün bir görüşündə (AZAL-la IV turda) əvəzlənən Ağayev 40 dəqiqə meydanda olduğu həmin matç istisna olmaqla, bütün oyunlarda əvəz edilmədən mübarizə aparıb. Bu çempionatda 580 dəqiqədir ki, qapısını “tilsimləyən” əlcək sahibi ölkə çempionatlarındakı sonuncu qolunu ötən mövsüm buraxıb.
Son çempionatın finişində “Bakı” ilə qarşılaşmasını cəza üzündən buraxan Kamran bundan əvvəlki görüşdə 2 qola üzülmüşdü. “Qarabağ”la matçda buraxdığı sonuncu – Rauf Əliyevin qolu oyunun 35-ci dəqiqəsinə təsadüf etdiyindən o, cari mövsümü 55 dəqiqəlik seriya ilə başlayıb.

0
0