Azərbaycan çempionu UEFA kubokunda mübarizəyə başlayır
27.09.2010 - 12:36
Azərbaycan çempionu UEFA kubokunda mübarizəyə başlayır
Futzal üzrə UEFA kubokunda ölkəmizi təmsil edən Naxçıvanın “Araz” klubu sabah ilk oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, son Azərbaycan çempionu ilk matçda İrlandiya təmsilçisi “Sportinq”lə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Seçmə mərhələnin 3-cü qrupunda yer alan təmsilçimiz ikinci oyununu sentyabrın 29-da keçirəcək. Joze Alessio da Silvanın başçılıq etdiyi komanda Latviya çempionu “Nikars”la qarşılaşacaq. Oktyabrın 1-də isə Naxçıvan təmsilçisi Rumıniyanın “Targu Mureş” komandası ilə gücünü sınayacaq.

Qeyd edək ki, qrup mərhələsinin oyunları Rumıniyada keçiriləcək. “Araz” bu gün adıçəkilən ölkəyə yollanıb.