Mirça Rednik: İndi liderik və özümü əla hiss edirəm
27.09.2010 - 12:55
“Azərbaycanda futbola tam köklənmişəm, komandamın oyunları ilə yaşayıram. Mən bura turist kimi gəzməyə gəlməmişəm. Lakin deməliyəm ki, şəhər çox gözəldir, bir sözlə, gəzməli-görməli yerlərdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik deyib.
Rumıniyalı mütəxəssis həmyerlilərinə verdiyi müsahibədə Azərbaycan futbolu haqda yüksək fikirdə olduğunu bildirib: “Azərbaycan futbolu mənim gözlədiyimdən qat-qat yüksək səviyyədədir. Hələ “Xəzər Lənkəran”ın bazasını demirəm. Bu, Rumıniya səviyyəsində 5 ulduzdan da yüksəkdir”.
Rednik ölkə çempionatının “Neftçi” ilə son oyununu məşhur Rumıniya derbisinə bənzədib: “Neftçi” ilə derbi oyunumuz lap “Dinamo” – “Styaua” matçını xatırladır. Tribunalarda 20 min azarkeş yığılmışdı. Mən də bu dəstəkdən ruhlanırdım. Ruizi 82-ci dəqiqədə meydana buraxdım və o matçın taleyini həll etdi. İndi biz birinci pillədəyik və özümü əla hiss edirəm”.
Vətənində tanınmış mütəxəssislərdən sayılan Rednik qitə miqyasında tanınmayan ölkədə çalışmasına da münasibət bildirib: “Deməzdim ki, Azərbaycan çempionatı mənim üçün geriyə addımdır. Bu, karyeramın bir mərhələsidir. Mən Rumıniyanı tərk etməli idim. Kim bilir, bəlkə də nə vaxtsa qayıtdım. Rumıniyadan yaxşı tanıdığım futbolçular – Dieqo Ruiz, Adrian Yordaşe, Konstantin Arbanas, Katalin Doman və Uinston Parks da komandaya yaxşı uyğunlaşa biliblər”.

0
0