“Rəqiblərin kimliyinin və səviyyəsinin bizim üçün heç bir fərqi yoxdur”
27.09.2010 - 14:02
“Rəqiblərin kimliyinin və səviyyəsinin bizim üçün heç bir fərqi yoxdur”
“Futzal üzrə UEFA kubokunun əsas mərhələsində qarşımızda yalnız bir vəzifə var. Bu da elit-raunda vəsiqə qazanmaqdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Latviyanın “Nikars” klubunun baş məşqçisi Aleksandr Dibrivni deyib.

O bildirib ki, futzal üzrə UEFA kubokunun əsas mərhələsində kiminlə qarşılaşmağın heç bir fərqi yoxdur: “Ən azı ikinci yeri tutub, istəyimizə çatmaq niyyətindəyik. Bundan aşağısı ilə kifayətlənmək fikrində deyilik. Rəqiblərin kimliyinin, səviyyəsinin və reytinqinin bizim üçün heç bir fərqi yoxdur”.

Qeyd edək ki, Azərbaycanı turnirdə təmsil edəcək “Araz” və “Nikars”ın mübarizə apardığı III seçmə qrupunun oyunları sabah start götürür.