Elnur Allahverdiyev: Ola bilsin ki, bizə inam itib - MÜSAHİBƏ
27.09.2010 - 14:49
Azərbaycan yığmasının və “Xəzər Lənkəran” klubunun futbolçusu Elnur Allahverdiyevin apasport.az saytına müsahibəsi
- Milli komandanın təlim-məşq toplanışı başlayıb. Hazırlıq barədə nə deyə bilərsiniz?
- Bu gün ilk məşqimizi keçirdik. 3 gün yığmanın düşərgəsində olacağıq. Bundan sonra klubun düşərgəsinə yollanacağıq. Yəni, Avstriya və Türkiyə ilə oyunların hazırlığına indidən başlamışıq.
- Komandamız oktyabrın 8-də Vyanada Avstriya, 4 gün sonra Bakıda Türkiyə yığması ilə qarşılaşacaq. Bu oyunlardan nə gözləmək olar? Almaniyaya məğlubiyyəti unutmusunuz?
- Almaniyaya böyük hesabla məğlub olduq. Növbəti oyunumuz Avstriyaya qarşı olacaq. Özü də səfərdə. Ola bilsin, bizə inam itib. Azarkeşlərə yaxşı oynayacağımızı deyə bilərəm.
- Azarkeşlər, xüsusilə Türkiyə ilə matçdan çox şey gözləyirlər. Bu oyun həm də yığmamızın qrup mərhələsi çərçivəsində Bakıda ilk matçı olacaq...
- Türkiyədən əvvəl Avstriya ilə qarşılaşacağıq. Səfərdən xalla dönüb, Bakıdakı oyunda da özümüzü yaxşı tərəfdən göstərəcəyik. Bilirik ki, bu oyuna maraq böyük olacaq. Stadionun dolu olacağını da istisna etmirəm. İnşallah, matçı izləyəcək azarkeşlərimizi sevindirərik.
- Bir qədər də “Neftçi” ilə görüş barədə danışaq. Matç necə keçdi?
- Oyuna maraq böyük idi. Təsəvvür edin ki, 10 gün əvvəldən hamı bu qarşılaşma haqqında danışırdı. Böyük ajiotaj var idi. Biz də görüşün çətin keçəcəyini bilirdik. Hər iki klub oyuna ciddi hazırlaşmışdı. Hər gün rəqibi analiz edirdik. Çempionatın ən yaxşı oyunu olduğunu deyə bilərəm. Bütün matçların belə keçməsini arzulayıram. Azarkeşlər stadionu doldurmuşdular. Bütün oyunların belə ab-havadan keçməsini istəyirəm. Bu həm də futbolumuzun inkişafına təkan verəcək.
- Azarkeşlərdən söz düşmüşkən, vaxtilə formasını geyindiniz “Neftçi” klubunun bayrağının yandırılması dava-dalaşa səbəb oldu...
- Hansısa komandanın bayrağını yandırmaq düzgün deyil. Bunu pisləyirəm. Nəyə lazımdır? Kimlərinsə bu hərəkəti heç nədən gərginlik yaratdı. Ancaq komandamızı dəstəkləyən fanatların qələbəmizdə xüsusi payı oldu. Onların qələbəyə layiq olduqlarını düşünürəm. İnanıram ki, bütün oyunlarımızda azarkeşlər stadionu dolduracaqlar və komandanı sona qədər dəstəkləyəcəklər.

0
0