“Azərbaycan çempionunun birinci yeri tutacağına şübhəm yoxdur”
27.09.2010 - 15:07
“İrlandiyalı oyunçular meydanda ürəklə mübarizə aparırlar, qələbə üçün “döyüşürlər”. Lakin bu ölkədə futzal yeni idman növü olduğundan, onlara təcrübə çatışmır”. Apasport.az saytının məlumatına görə, bu sözləri İrlandiyanın “Sportinq” (Finqal) klubunun oynayan baş məşqçisi Junior da Silva deyib.
Futzal üzrə UEFA kubokunun əsas mərhələsində Azərbaycan çempionu “Araz”la eyni qrupda yer alan irlandiyalıların braziliyalı çalışdırıcısı sabah başlayan turnirin qarşılaşmalarında özü meydana çıxmayacaq: “İrlandiyada futzal oynamağı hələ indi-indi öyrənirlər. Bizim oyunçular isə əsasən Braziliya, Moldova, Polşa kimi ölkələrdəndir. Onlar uzun müddətdir ki, bir yerdə çıxış edirlər. Bu səbəbdən də öz aralarında yaxşı anlaşırlar. Həm oynamaq, həm də məşqçilik etmək ürəyimcədir. Lakin bu daxili arenada mümkündür. Avrokuboklarda isə təkcə çalışdırıcı kimi fəaliyyət göstərəcəyəm”.
Da Silva Azərbaycan çempionunu qrupun aşkar favoriti sayır: “Araz”ın birinci yeri tutacağına zərrə qədər də şübhəm yoxdur. Onlar son turnirin üçüncüsü olublar. Oyunçuları da güclü futzalçılardır. Azərbaycan çempionuna qarşı oyunda bizə çox çətin olacaq. Bu görüşdə yalnız ona ümid edə bilərik ki, rəqib təzyiq altında oynayacaq, Avropanın üçüncü komandası olduğunu sübut etməyə çalışacaq. Buna nail olsaq, ikinci turun oyununda işimiz asan olacaq”.
Braziliyalı mütəxəssis ən yaxşı halda, ikinci yerə ümid bəslədiklərini də gizlətməyib: “Gəlin, realist olaq. Azərbaycan komandasının olduğu yerdə qrup qalibi olmağımız çox çətindir. Hətta ikinci yeri tutub elit-raunda yüksəlsək belə, bu bizim üçün milli nailiyyət olacaq”.

0
0