Rəşad Sadıqovun komandasında qeyri-müəyyənlik
27.09.2010 - 15:38
Rəşad Sadıqovun komandasında qeyri-müəyyənlik
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun şərəfini qoruduğu “Əskişəhərspor” klubunda baş məşqçi ilə bağlı qeyri-müəyyənlik davam edir. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, cari mövsümdə uğursuz çıxış edən komandanın növbəti məğlubiyyətdən sonra istefaya göndərdiyi Rza Çalımbay gözlənilmədən geri qaytarılıb.

Təcrübəli mütəxəssis bu gün mətbuata verdiyi açıqlamada “Vəzifəmin başındayam. Hazırda yoldayam və İstanbuldan Əskişəhərə gedirəm. Axşam saat 18:00-da ediləcək məşqdə komandanın başında olacağam” deməklə, bütün diqqətləri özünə cəlb edib.

Onun bu şəkildə danışmasının arxasında tutarlı əsas var. Məsələ ondadır ki, “Əskişəhərspor” cari mövsümün sonuna qədər müqaviləsi olan Çalımbayla vidalaşarsa, ona çatacaq 1 milyon 200 min lirə (651 840 manat) təzminat verməlidir.

Rəhbərliklə Çalımbayla arasında problemin bu gün axşama qədər həll ediləcəyi gözlənilir.