Rəşad Abdullayev: Əvəzlənəndə emosiyalarımı cilovlaya bilmədim
27.09.2010 - 15:53
“Neftçi”nin futbolçusu Rəşad Abdullayev Unibank Premyer Liqasının VII turunda “Xəzər Lənkəran”la səfər oyununda haqqında yayılan söz-söhbətlərə münasibətini bildirib. Apasport.az saytının məlumatına görə, təcrübəli yarımmüdafiəçi 0:1 hesabı ilə uduzduqları görüşün 67-ci dəqiqəsində Cavid Hüseynovla əvəzlənəndən sonra birbaşa paltardəyişmə otağına yollanıb. Bu hərəkətinin hörmətsizliklə əlaqəsinin olmadığını deyən Rəşad emosionallığını ön plana çəkir: "Mənim çılğın oyunçu olduğumu hamı bilir. Təbii ki, derbi matçlarında hər bir futbolçu sonadək meydanda olmaq istəyir. Bu baxımdan mən də "Xəzər-Lənkəran"la qarşılaşmada axıra qədər komandamıza kömək etmək niyyətində idim. Lakin baş məşqçi məni əvəzlədi və emosiyalarımı cilovlaya bilmədiyimdən, birbaşa paltardəyişmə otağına yollandım. Bu epizodda hansısa hörmətsizlikdən söhbət gedə bilməz. Klubumuzun rəhbərliyi, məşqçilər korpusu mənə inanır. Öz növbəmdə mən də bu etimadı doğruldub, "Neftçi"yə çempionluğa gedən yolda yardımçı olmağa çalışacağam”.
Abdullayev klubunun saytına verdiyi açıqlamada azarkeş və futbolsevərlərə müraciət edib: “Xahiş edirəm ki, flaqmanın azarkeşləri, futbol həvəskarları məni düzgün başa düşsünlər, bu məsələni şişirtməsinlər. Hər şey qaydasındadır. Artıq növbəti turda qarşılaşacağımız AZAL-la oyunun hazırlığına başlamışıq. İnşallah, gələn oyunlarda qələbə qazanıb, yenidən zirvəni fəth edəcəyik".

0
0